Kadr siyasəti
Satış təmsilçisi


İş barədə məlumat:
- Gündəlik təyin edilmiş rut üzrə satış mərkəzlərini ziyarət edərək sifarişləri qəbul etmək
- Satış mərkəzlərində brend çeşidlərinin tam olaraq yerləşdirilməsini təmin etmək
- Problemli müştərilər haqqında rəhbərliyi vaxtında məlumatlandırmaq
- Ərazisində şirkətin nüfuzuna mənfi təsir edə biləcək bütün məlumatları vaxtı vaxtında rəhbərliyə bildirmək
- Rəhbərlik tərəfindən tələb olunan hesabatları zamanında təqdim etmək
- Bölgəsində merçendayzinq standartlarının ən düzgün şəkildə həyata keçirilməsini təmin etmək
- Öz ərazisini dəyərləndirərək inkişafın harada mümkün ola biləcəyi haqqında rəhbərliyi məlumatlandırmaq
- Müştərilərdəki borcların vaxtında alınaraq şirkətə təhvil vermək
- Satış nöqtələrində istifadə müddəti bitmiş məhsulların olmamasını nəzarətdə saxlamaq
- Məhsullar barədə müştərilərə ətraflı məlumat vermək


Namizədə tələblər:
- Satış sahəsində təcrübə
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı
- Problemləri həll etmə bacarığı
- Komanda şəklində işləmək qabiliyyəti
- Sürücülük vəsiqəsi
- Şəxsi avtomobilə üstünlük verilir
- Ünsiyyətcil və əlaqələr qurmaq bacarığı


Şəkilli "CV"nizi mövzu yerinə Satış təmsilçisi yazaraq hr@fabboya.az ünvanına göndərməyiniz xahiş olunur, əks halda müraciətinizə baxılmayacaq.

Telefon: (055) 500-91-00
(012) 564-77- 93
E-mail: cv@omid.az

Satış məsləhətçisi


İş haqqında məlumat:
- Şöbənin fasiləsiz satış işini təmin etməlidir;
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
- Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir;
- Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
- Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır;
- Anbardan malları qəbul edərkən onların tamlığına ,qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir;
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır.


Namizədə tələblər:
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan);
- Orta və ya ali təhsil;
- Elementar riyazi hesablamaları;
- Satış texnikası və prinsiplərini;
- İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir.


Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Satış məsləhətçisi" yazaraq cv@omid.az ünvanına göndərmələri xahiş olunur.


Telefon: (055) 500-91-00
(012) 564-77-93


E-mail: cv@omid.az

Kassir


İş haqqında məlumat:
- Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir;
- Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;
- Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;
- Kassa zonasını təmiz və səliqəli saxlamalıdır;
- Alıcıların ödədikləri pul vəsaitlərinin nəzarət - kassa aparatlarında düzgün əks olunması və yığılmasını həyata keçirməlidir;
- Nəzarət kassa aparatının göstəricilərinə əsasən məbləği aydın şəkildə alıcıya söyləməli və ödənişi alıcıdan qəbul etməlidir;
- Pulun qalığını kassa çeki ilə birlikdə alıcıya verməlidir;
- Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;
- Ona təhkim olunan kassa ətrafı satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
- Kassa növbəsinin sonunda kassadakı pulları hesabat əsasında mağazanın baş inzibatçısı və ya köməkçisinə təhvil verməlidir;
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartı daim üzərində görünəcək şəkildə olmalıdır.


Namizədə tələblər:
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Orta və ya ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan);
- Pul vəsaitlərinin qəbulu, verilməsi və saxlanması qaydalarını;
- Satış texnikası və prinsiplərini, davranış etikasını;
- Nəzarət - kassa aparatlarının istismarı qaydalarını;
- Mağazanın təşkilati strukturunu;
- Alıcılara keyfiyyətli xidmət standartlarını;
- Kassada istifadə olunan mövcud proqramı kassa səviyyəsində bilməlidir.


Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Kassir" yazaraq cv@omid.az ünvanına göndərmələri xahiş olunur.


Telefon: (055) 500-91-00
(012) 564-77-93


E-mail: cv@omid.az

Fəhlə


İş haqqında məlumat:
- Əl ilə və ya əl arabası ilə, transpalet kimi nəqliyyat vasitələrindən istifadə edərək firmalar tərəfindən gətirilən malları normaya uyğun şəkildə ehtiyyatla maşından boşaltmalıdır;
- Mağazanın anbarına qəbul olunan məhsulların dəqiq, səliqəli, ehtiyyatlı şəkildə və vaxtında anbar rəflərinə yığılmasını həyata keçirməlidir;
- Satış zalında ehtiyac olan malları anbardan çıxarıb şöbə üzrə satıcıya təhvil verməlidir;
- Yeni gələn malların yüklənməsi üçün anbarda şərait yaratmalıdır;
- Mağaza üzrə inventarizasiya və qalıqların çıxarılmasında iştirak etməlidir;
- Ehtiyac olduqda şirkətin digər sahələrində də hər hansı yükləmə, boşaltma işlərində və kömək xarakterli digər işlərdə də iştirak etməlidir;
- Anbar ərazisinin, eləcə də mağazanın səliqə və təmizliyinə riayət etməlidir.


Namizədə tələblər:
- Məhsulların qablaşdırılması formalarını;
- Məhsulların saxlanmasının texniki şərtlərini və qaydalarını;
- Əllə və mexaniki üsulla yüklərin yüklənmə, daşınma, boşaldılma və mühafizə edilmə şərtlərini;
- Texniki vəsaitləri tanımalı və qablaşdırılması formasını bilməlidir;
- Satışda və anbarda olan məhsulun assortimenti və miqdarı haqqında müəyyən məlumatı olmalıdır;
- Davranış etiketi qaydalarını bilməlidir.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Fəhlə" yazaraq cv@omid.az ünvanına göndərmələri xahiş olunur.


Telefon: (055) 500-91-00
(012) 564-77-93


E-mail: cv@omid.az

Xadimə


İş haqqında məlumat:
- İşin başlanmasına ən azı on beş dəqiqə qalmış mağazada olmalıdır;
- İş günü ərzində mağazanın təmizliyinin və səliqəsinin tələb olunan vəziyyətdə olmasını təmin etməlidir;
- Vitrin və rəflərin təmizliyinə nəzarət etməli, təmizləməlidir;
- İstirahət (çay, yemək) vaxtı da daxil olmaqla iş yerini ancaq mağaza müdiri və müdir müavininin icazəsi ilə tərk edə bilər;
- Gülərüz, mehriban olmalı, alıcılarların ticarət zalında sərbəst hərəkətinə mane olmamalıdır;
- Mağazanın gündəlik təmizliyini və səliqə - səhmanını lazımi səviyyədə saxlamalı, hər gün mağazanın açılışına qədər ticarət zalını və digər inzibati əraziləri, ticarət zalında və ofis hissəsində olan sanitar qovşaqları təmizləməli və havasını dəyişməlidir;
- Təsdiqlənmiş qrafik əsasında sanitar qovşaqların və ticarət zalının təmizliyini yoxlamalı və təmizliklə bağlı aşkar olunan çatışmazlıqları aradan qaldırmalıdır;
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşü və şəxsi gigiyenasına fikir verməlidir;
- Rəhbərliyin əmr və göstərişlərini vaxtında, dəqiq yerinə yetirməlidir;
- İş gününün sonunda mağaza ərazisini təmiz təhvil verməlidir.


Namizədə tələblər:
- Yaş həddi: 30-50;
- Mağazanın təmizlik normalarını;
- Təmizlik vasitələrindən və avadanlıqlarından istifadə qaydalarını;
- Davranış etikasını;
- Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını;
- Qəza halları zamanı fəaliyyətlərini;
- Daxili nizam - intizam qaydalarını bilməlidir.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən "CV"lərini mövzu yerində "Xadimə" yazaraq cv@omid.az ünvanına göndərmələri xahiş olunur.


Telefon: (055) 500-91-00
(012) 564-77-93


E-mail: cv@omid.az