Kadr siyasəti

"FAB Boya və Kimya Sənayesi” MMC üçün ən önəmli dəyərlərdən biri də insan amilidir. Şirkətimizin İnsan Resursları Bölməsi insan amilinə yüksək qiymət verən kadr siyasəti çərçivəsində fəaliyyət göstərir. Şirkətimiz ən dəyərli kapitalının işçi heyəti olduğunu bilir və bu heyətin effektiv idarə olunması şirkətimizin məhsuldarlığına bir başa təsir edir. Bölməmizin əsas fəaliyyəti şirkətimizin bütün sahələrdə çalışan işçilərini əhatə edir. İnsan Resursları bölməsi şirkətimizdə fəaliyyət göstərən əməkdaşlara öz bacarıqlarını, imkanlarını tam istifadə etmək və potensiallarını üzə çıxarmaq üçün lazımi iş şəraitinin yaradılmasında əsaslı rol oynayır.

İnsan Resursları Bölməsi şirkətimizin ehtiyac duyduğu insan resursunu ən optimal şəkildə təmin etmək, onu motivasiya və karyera sisteminə uyğun inkişaf etdirmək, mükafatlandırmaq, davamlılığını təmin etmək üçün müvafiq proqram və strategiyalar hazırlayaraq tətbiq edir.