İstehsal sahələrimiz

"FAB BOYA” fabriki - şirkətin ilk istehsal müəssisəsidir və 2001-ci ildən fəaliyyət göstərir. Burada müxtəlif təyinatlı sintetik, sellülozik,su əsaslı boyalar, həlledicilər istehsal olunur.

POLİMERLƏR fabriki - 2006-cı ildən fəaliyyət göstərir. Bu istehsal sahəsində PVA əsaslı müxtəlif yapışdırıcılar, akrilik bağlayıcılar və s. məhsullar istehsal edilir.

"FABKİM” quru inşaat qarışıqları fabriki - 2012–ci ildə istismara verilib. Fabrik ən müasir avadanlıqlarla təchiz edilib. Burada tam avtomatlaşdırılmış sistemlə sement əsaslı kafel, metlax yapışdırıcıları, suvaqlar, dərz dolğu və su izolyasiya materialları hazırlanır. İstehsal edilən məhsullar sırasına FABKİM POOL, FABKİM İZOFLEX, FABKİM FLEX FUGA, FUGASİL və s.daxildir.

"HİLL FAN” plastik məhsullar fabriki - 2012-ci ildə qurulub. 2015-ci ildə bu istehsal müəssisəsində alman texnologiyası əsasında qurulmuş su borularının istehsalı üzrə yeni xətt işə salınıb. Fabrikdə avtomatlaşdırılmış sistem əsasında müxtəlif ölçülərdə PVC və PPRC su,kanalizasiya boruları, kabel kanalları, kafel profilləri, divar kağızı kantları, plastik, yanmaz spirallar və s. hazırlanır.

"BƏYAZ ALÇI” fabriki - nin inşasına 2017-ci ildə başlanılıb. Məhsul istehsalına 2018-ci ilin yanvarından start verilib. Fabrikin ümumi sahəsi 135 000 kv m-dir. Burada astar, üzlük, son qat üzlük, astar suvağı, fuqa alçıpan olmaqla 13 adda alçı məhsulu istehsal olunur. Müəssisə Almaniya və Türkiyənin ən müasir avadanlıqları ilə təchiz edilib. İstehsal tam avtomatlaşdırılmış sistem üzrə aparılır. Fabrik gün ərzində 900t-dan çox gips məhsulu istehsal etmək gücünə qadirdir.