Sual-cavab

FAB Akademiyası bildirir ki, BƏYAZ ALÇI məhsulları tikililərdə qara suvaq tətbiq edilmədən belə birbaşa səthə çəkilə bilər. Müqaviməti güclü olduğundan təmirin uzunömürlü olmasına imkan yaradır. Asan hazırlanır, rahat tətbiq edilir, ustanı yormur. Təmir daha tez və ucuz başa gəlir.

FAB Akademiyası bildirir ki, BƏYAZ ALÇI məhsulları daxili məkanların havasının təravətli qalmasına imkan yaradır. BƏYAZ ALÇI təbii quruluşu baxımından otaqdakı rütubəti özünə çəkmə, havada quruluq yaranınca isə təkrar geri verərək nəm balansını tənzimləmə özəlliyinə malikdir.

FAB Akademiyası bildirir ki, BEYAZ ALÇI məhsulları mikroskopik boşluqları sayəsində yaşadığınız məkanın qışda isti, yayda isə sərin qalmasına imkan yaradaraq istilik izolyasiyasını təmin edir. Eyni zamanda həmin boşluqlar səsi udma özəlliyinə malik olduğundan səs izolyasiyası funksiyasını da yerinə yetirir.