SÜLEYMAN
İSMAYILOV

Mən Süleyman ismayılov 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. 2001-ci ildə Bakı şəhəri Ə.Əliyev adına 204 saylı orta məktəbə daxil olmuşam. Orta məktəbi bitirdikdən sonra, sağlamlığımla əlaqədar olaraq hərbi xidmətə yollanmadım. Daha sonra eyni səbəbdən 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Tikinti Materiallarının və Məmulatlarının Texnologiyası" fakultəsinə daxil olmuşam. Ali təhsil müddəti ərzində istər universitet daxilində, istərsə də sosial həyatımda biznesin inkişafı, qrafik incəsənət və digər sahələr üzrə təlim, seminarlarda aktiv iştirak etmişəm. Universiteti bitirdikdən sonra, ixtisasım üzrə deyil, Atəşgah sığorta şirkətində Call center bölməsində işə başlamışam. Daha sonra 2019-cu ildə ELSEO şirkətində Kontent menecer və SEO mütəxəssisi olaraq işə başladım. Burada həm ölkə miqyaslı, həm də qlobal miqyaslı layihələrdə iştirak etmək şansı əldə etdim. 2020-ci ilin dekabr ayından etibarən isə Frontend development ilə məşğulam. Yeni texnologiyaları yaxından izləməyə və hər gün yeni məlumatlar öyrənməyə çalışıram. Hobbilərim klassik gitarada ifa etmək, bitkilərə qulluq etmək və velosiped sürməkdir.


Təhsil

  • (2001-2012) Ə.Əliyev adına 204 saylı orta məktəb
  • (2014-2018) Azərbaycan Memarlıq və İnşaat Universiteti (TM və MTM)

İş təcrübəsi

  • Atəşgah sığorta (2018-2019)
    (Call center)


  • ELSEO MMC (2019-2020)
    (SEO mütəxəssisi və Kontent menecer)


    Bəzi layihələr:

    - Kontakt.az
    - Arenda.az
    - Afntransport.az
    - Hostimul.az
    - Marshal.az
    - Mimelon.com

Biliklərim

  • HTML 5
  • CSS 3
  • Bootstrap 4
  • SASS (SCSS)
  • Javascript (Başlanğıc səviyyədə)
  • Github
  • Adobe Photoshop
  • Adobe Premiere Pro

Qrafik dizayn